Erməni mayor rüşvət alarkən tutuldu
5-05-2023, 16:45
6 672

Erməni mayor rüşvət alarkən tutuldu

Ermənistan müdafiə nazirliyinin mayoru rüşvət alarkən saxlanılıb. 
Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi açıqlayıb. 
Məlumata görə, S. M. vətəndaşın hərbi təlimlərəə çağırılmaması qarşılığında 150.000 (təxminən 6 min 640 manat) dram rüşvət alıb. 
Rüşvəti aldıqdan dərhal sonra mayor və sonuncunun köməkçisi R. G.Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməliyyat-istintaq şöbəsi tərəfindən həbs edilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər