14 yaşlı tennisçilər FACİƏLİ şəkildə öldülər
5-05-2023, 17:26
6 617

14 yaşlı tennisçilər FACİƏLİ şəkildə öldülər

14 yaşlı tennisçilər Dryu Hassenbeyn və İtan Falkovits avtomobil qəzasında ölüblər.
Xarici media xəbərinə görə, qəza Lonq-Aylend yolunda baş verib. 16 və 17 yaşlı digər iki tennisçi ilə birlikdə olan oğlanlar “Alfa Romeo” avtomobilində olub və qarşıdan gələn zolağa çıxan sərxoş sürücü tərəfindən vurulub. Hassenbeyn və Falkovits ölüb, digər yeniyetmələrin vəziyyəti stabildir.
Qəzanın günahkarı hadisə yerindən piyada qaçmağa cəhd etsə də, saxlanılıb. 

Oxşar xəbərlər