ABŞ-ın qırıcı təyyarəsi qəzaya uğrayıb
6-05-2023, 17:22
17 089

ABŞ-ın qırıcı təyyarəsi qəzaya uğrayıb

ABŞ-a məxsus F-16 qırıcı təyyarəsi Koreya Respublikasında təlim uçuşu zamanı qəzaya uğrayıb.
Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Cənubi Koreya Komandanlığına istinadən "CNN" telekanalı məlumat yayıb.
Məlumata əsasən, qırıcı təyyarə ABŞ Hərbi Hava Qüvvələrinin KXDR ilə sərhədə ən yaxın olan Osan bazası yaxınlığındakı kənd ərazisinə düşüb. Pilot katapult edib və xəstəxanaya yerləşdirilib, əhali arasında xəsarət alan olmayıb.
Qırıcının qəzaya uğramasının səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Oxşar xəbərlər