Moskvada Şeremetyevo hava limanına enən təyyarəyə naməlum dronla hücuma cəhd edildi
6-05-2023, 11:01
16 471

Moskvada Şeremetyevo hava limanına enən təyyarəyə naməlum dronla hücuma cəhd edildi

Rusiya paytaxtı Moskvada Şeremetyevo hava limanına enmək üzrə olan təyyarəyə dronla hücuma cəhd göstərilib.  
Naməlum dron “Aeroflot” şirkətinə məxsus “Airbus A320” təyyarəsinə hücum etmək istəyib.
Təyyarəyə təhlükəli şəkildə yaxınlaşan kopteri Samara-Moskva reysinin sərnişinlərindən biri görüb. Onun sözlərinə görə, pilotsuz uçan aparat təyyarənin yan tərəfini nişan alıb və yerə toxunmağa bir neçə on metr məsafə qaldıqda qəfildən istiqamətini dəyişib, aerodrom yaxınlığındakı meşə zolağına doğru uçub.
Təyyarə endikdən sonra bu barədə Şeremetyevo təhlükəsizlik xidmətinə məlumat verilib. Hadisə barədə araşdırma başlanılıb.
Mənbə: Monavista.ru

Oxşar xəbərlər