Rusiya donanması Şimal dənizində mövcudluğunu artırıb: Norveç narahatdır
6-05-2023, 12:12
16 449

Rusiya donanması Şimal dənizində mövcudluğunu artırıb: Norveç narahatdır

Norveç hərbçiləri Şimal dənizinin beynəlxalq sularında bir neçə Rusiya gəmisi aşkarlayıblar.
Son iki ayda Rusiya donanmasının bu regionda fəallığı artıb.
Hərbçilərin verdiyi məlumata görə, Rusiya Federasiyasının yeni hərbi gəmilərinin peyda olması 9 May Qələbə Günü ilə əlaqələndirilir. Lakin budəfəki aktivlik əvvəlki illərlə müqayisədə daha çox nəzərə çarpır.
Norveç bununla bağlı müşahidələrini davam etdirir. Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri hazırda beynəlxalq sulardadır. Bu, tamamilə qanuni olsa da, Norveçdə bu fakta diqqət edilməsinin zəruriliyini vurğulayıb.
ABŞ Hərbi Dəniz İnstitutunun “HI Sutton” ləqəbli analitiki, həmçinin Şimal dənizində Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus 5 gəminin peyda olduğunu nəzərə çatdırıb. O hesab edir ki, gəmilər Rusiya limanlarından təlimlər üçün Baltik dənizinə çıxıblar.
Qeyd olunur ki, Norveç nümayəndələri ilk dəfə deyil Rusiya donanmasının fəallığına diqqət yetirirlər. Fevral ayında ölkə kəşfiyyatı bildirib ki, Rusiya Federasiyası 30 ildə ilk dəfə olaraq Baltik dənizində taktiki nüvə silahı olan gəmilər yerləşdirməyə başlayıb. Skandinaviya ölkələrinin birgə araşdırmasında göstərilib ki, Rusiyanın hərbi və digər məqsədli gəmiləri Baltik və Şimal dənizlərində məlumat toplayırlar və bu məlumatlardan külək stansiyaları, qaz kəmərlərində təxribat törətmək, rabitə kabellərini zədələmək üçün istifadə edə bilərlər.
Mənbə: UNİAN

Oxşar xəbərlər