Hollivud ulduzu ərini qısqanmasından danışdı, hər kəs qəhqəhə çəkdi
6-05-2023, 14:57
16 518

Hollivud ulduzu ərini qısqanmasından danışdı, hər kəs qəhqəhə çəkdi

 “Ömrün bir anı” rubrikasında tanınmış şəxslər barədə maraqlı söhbətlərə davam edir. Bu dəfə əslən Meksikadan olan Salma Hayekin ərini robota qısqanmasından danışacağıq.
Hollivudun ən parlaq ulduzlarından olan Salma Hayek qatıldığı televiziya proqramlarından birində əri fransalı biznesmen Fransua-Anri Pinonu qısqanması barədə çox məzəli bir hadisə danışıb. 
Proqrama qonaq kimi qatılan digər iştirakçılar və tamaşaçılar Salmanın danışdığı əhvalatı qəhqəhə içində dinləyiblər.
“Biz şam süfrəsinə oturmazdan öncə ərimin telefonuna mesaj gəldi. Mesajı açdım. Orda yazılırdı: “Salam. Mən Elinayam. Mənimlə birlikdə ingilis dilini təkmilləşdirmək istəyərsənmi?”
Çox əsəbiləşdim. Meksikalı olduğumdan o ərimi ingilis dili ilə tovlamağa çalışırdı? Lakin özümü toplamağa çalışdım. Fransua ilə masaya oturduq. Öncə heç nə üzə vurmurdum. Lakin səbrim çatmadı. Gözlənilmədən qışqırdım. De görüm, Elina kimdir? Fransua təəccüblənib, belə bir qadın tanımadığını dedi. Lakin sakitləşmirdim. Bağıra-bağıra “Sən narahat olma, mənim ingilis dilim gözəldir, özüm səninlə məşğul olaram” deyirdim”, -  aktrisa bildirib.
Aktrisanın əri söhbətin nədən getdiyini anlamadığı üçün ailə qalmaqalı uzanıb. Fransua, sonradan telefondakı mesaja baxanda qəhqəhə çəkib.
“Salma, əzizim, bu Elina ingilis dilini öyrədən mobil tətbiqdir, qadın deyil”, deyib. Salma özü də məsələnin nə yerdə olduğunu anlayanda qəhqəhə çəkib və qalmaqal başa çatıb.

Oxşar xəbərlər