Putini qorumaq üçün qartallardan istifadə edilə bilər
6-05-2023, 22:14
14 425

Putini qorumaq üçün qartallardan istifadə edilə bilər

Bir neçə gün öncə Kreml sarayına edilən PUA hücumundan təşvişə düşən Rusiya hökuməti, federasiya lideri Vladimir Putini qorumaq üçün yeni yollar axtarır. 
Xarici KİV xəbər verir ki, Kreml və xüsusən də Putini qorumaq üçün ölkədə qartallardan ibarət donanmanın yaradılması gündəmə gəlib. 
Təlim keçmiş qartal donanmasının Kremlə hücum edəcək pilotsuz uçuş aparatlarını zərərsizləşdirməsi planlaşdırılır.
Artıq bu barədə Rusiya Dövlət Dumanın Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev Kreml Sarayına hücumdan sonra ölkədə mühüm infrastrukturların qorunması üçün təlim keçmiş qartallardan ibarət xüsusi donanma yaradılmasını təklif edib.

Oxşar xəbərlər