ABŞ-də ticarət mərkəzində atışma zamanı 8 nəfər ölüb, xəsarət alanlar var
7-05-2023, 09:11
9 234

ABŞ-də ticarət mərkəzində atışma zamanı 8 nəfər ölüb, xəsarət alanlar var

ABŞ-ın Texas ştatının Allen şəhərində ticarət mərkəzində atışma nəticəsində bir neçə nəfər ölüb.
Bu barədə polis və yerli administrasiyanın məlumatlarına istinadən CNN məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisə “Allen Premium Outlets” ticarət mərkəzində baş verib. Şahidlərdən biri bildirib ki, binada 30-a yaxın atəş açılıb, bundan sonra təcili təxliyə təşkil edilib.
Hüquq-mühafizə orqanlarının ilkin məlumatlarına görə, insident zamanı 8 nəfər həlak olub, onların arasında uşaqlar da ola bilər. Qeyd edilir ki, onlaran 6-sı hadisə yerində, ikisi xəstəxanaya aparılakən ölüb. Atışma zamanı azı səkkiz nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıb.
Polis bölməsinin məlumatında bildirilir ki, kütləvi atışmada şübhəli bilinən şəxs eyni ticarət mərkəzində ölü tapılıb. 

Oxşar xəbərlər