Britaniyada kralın tacqoyma mərasimi zamanı 50-dən çox vətəndaş saxlanılıb
7-05-2023, 17:39
9 413

Britaniyada kralın tacqoyma mərasimi zamanı 50-dən çox vətəndaş saxlanılıb

London polisi mayın 6-da - Kral III Çarlzın tacqoyma mərasimi günü azı 52 nəfəri saxlayıb.
Hüquq-mühafizə orqanları saxlanma səbəbləri arasında dava, ictimai asayişin pozulması faktlarının olmasını iddia ediblər. 
Qeyd olunur ki, saxlanılanlar arasında əllərində “Monarxiya ləğv edilsin”, “Çarlz mənim padşahım deyil” plakatlarını tutan şəxslər də var.
Artıq insan haqları təşkilatları saxlanılan şəxslərin dərhal sərbəst buraxılmasına dair çağırışlar səsləndirib.





Mənbə: Sky News

Oxşar xəbərlər