Ukraynada 9 May Avropa Günü kimi qeyd olunacaq
8-05-2023, 11:02
1 523

Ukraynada 9 May Avropa Günü kimi qeyd olunacaq

Ukrayna prezidenti Volodimir Zelenski mayın 9-da Ukraynada Avropa Gününün qeyd olunması ilə bağlı fərman imzalayıb.
Müvafiq sənəd Ukrayna prezidentinin saytında dərc edilib.
“Ukrayna xalqının avropalı kimliyini dərk edərək, Avropa xalqlarının birliyini gücləndirmək, Avropa qitəsində sülh, təhlükəsizlik və sabitliyi təmin etmək, demokratiya ideallarına və dəyərlərinə sadiqliyini təsdiqləmək, gənclərin və digər ictimai birliklərin təşəbbüsü ilə Ukraynada Avropa Gününün təsis edilməsinə qərar verirəm, hər il mayın 9-da Avropa İttifaqı dövlətləri ilə birgə qeyd olunsun”, - sərəncamda deyilir.

Oxşar xəbərlər