İran gizli şəkildə Suriyaya silah yardımı edib?
8-05-2023, 11:30
1 963

İran gizli şəkildə Suriyaya silah yardımı edib?

İran regionda ABŞ hərbi qüvvələrinə hücumlar həyata keçirmək üçün humanitar yardım adı altında Suriyaya gizli şəkildə silah verib.
Bu barədə “The Washington Post” Pentaqonun məxfi məlumatlarının sızmasına istinadən yazıb. 
"İran Suriyadakı zəlzələdən istifadə edib humanitar yardım adıyla gizli şəkildə silah göndərib", -  KİV vurğulayıb. 
Qeyd olunur ki, İran tərəfi Suriyaya döyüş sursatı, artilleriya silahları və pilotsuz təyyarələr ötürüb. 

Oxşar xəbərlər