"Qafqazda vəziyyət Ermənistanın ucbatından gərgin olaraq qalır" - Çavuşoğlu
8-05-2023, 12:13
2 476

"Qafqazda vəziyyət Ermənistanın ucbatından gərgin olaraq qalır" - Çavuşoğlu

"Cənubi Qafqazda vəziyyət Ermənistanın qeyri-səmimiliyi ucbatından gərgin olaraq qalır".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. 
Onun sözlərinə görə, indiki dünya sistemsizdir:
“Biz əvvəllər beynəlxalq sistemlərdən danışırdıq. İndi isə biz uyğunsuzluğu müzakirə edirik. Avropanın mərkəzində müharibə gedir. Lakin BMT və Aİ-nin yaradılmasında məqsəd münaqişələrin qarşısını almaq idi”.
Nazir son olaraq vurğulayıb ki, Ukraynadakı müharibə ilə bağlı heç bir ölkə Türkiyə qədər balanslı siyasət aparmır.

Oxşar xəbərlər