Ermənistan təyyarəsinin Dubaya enməsinə icazə verilmədi
8-05-2023, 13:09
7 636

Ermənistan təyyarəsinin Dubaya enməsinə icazə verilmədi

"Flyone Armenia" aviaşirkətinə məxsus təyyarənin Dubayın hava məkanına daxil olmasına icazə verilməyib.
Bu barədə şirkətin idarə heyətinin sədri Aram Ananyan məlumat verib. 
Məlumata görə, hadisə 7 may tarixində olub. İrəvan-Dubay reysini həyata keçirən təyyarə qadağa səbəbindən İranın Şiraz hava limanında məcburi eniş edib. 
 Aviaşirkət problemə görə sərnişinlərdən üzr istəyib.

Oxşar xəbərlər