Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək
8-05-2023, 14:10
7 514

Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Özbəkistan prezidenti Şavkat Mirziyoyev növbədənkənar prezident seçkilərinin təyin edilməsi haqqında fərman imzalayıb.
Bu barədə prezidentin sözçüsü Şerzod Əsədov məlumat verib.
“Prezident yenilənmiş Konstitusiyanın 128-ci maddəsi ilə ölkə Prezidentinə verilən səlahiyyətlərdən istifadə edərək ikinci mühüm sərəncam imzalayıb. Sərəncama əsasən, ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək”, - o,  bildirib. 

Oxşar xəbərlər