Avstriyadan Kiyevə yollanan qatar Macarıstanda qəzaya düşdü
8-05-2023, 14:26
7 472

Avstriyadan Kiyevə yollanan qatar Macarıstanda qəzaya düşdü

Avstriyanın paytaxtı Vyanadan Ukrayna paytaxtı Kiyevə yola düşən qatar Macarıstanda qəzaya uğrayıb.
Bu barədə “Ukrayna Dəmir Yolu” Səhmdar Cəmiyyətinin (“Ukrzaliznitsia”) “Telegram” kanalında xəbər verilib.
Bildirilir ki, qəza bazar günü baş verib. Dəmir filizi ilə dolu olan 35 vaqonlu yük qatarının 9 vaqonu relsdən çıxıb. Buna görə də qəzanın baş verdiyi “Hajduhadhaz” və “Ujfeherto” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb. Hərəkətin bərpasının ən azı bir gün çəkəcəyi vurğulanıb.

Oxşar xəbərlər