Konqoda matəm elan edildi
8-05-2023, 20:47
6 672

Konqoda matəm elan edildi

Konqo Demokratik Respublikasının (KDC) şərqindəki Cənubi Kivu əyalətində 394 nəfərin ölümünə səbəb olan sel fəlakətindən sonra ölkədə milli matəm elan edilib.
KDC prezidenti Feliks Tshisekedi Cənubi Kivu əyalətində keçən həftə təsirli olan yağışların səbəb olduğu daşqınlarla bağlı açıqlama verib.
Tşisekedi Cənubi Kivuda baş verən sel fəlakəti ilə əlaqədar ölkədə bir günlük milli matəm elan edildiyini açıqlayıb.
Ştatda yağan güclü yağış Çibira çayının daşmasına səbəb olub və bir çox kəndləri su basıb.
Təbii fəlakətdə indiyədək 394 nəfərin cəsədi tapılıb.
Çox sayda insanın itdiyi fəlakətdə axtarış-xilasetmə işləri davam edir.
Tropik iqlim zonasında yerləşən KDC yağışlı mövsümdə tez-tez təbii fəlakətlərlə üzləşir.

Oxşar xəbərlər