“Telegram” ABŞ dövlət qurumlarının məxfi sənədlərini kütləvi şəkildə satır
9-05-2023, 10:37
1 872

“Telegram” ABŞ dövlət qurumlarının məxfi sənədlərini kütləvi şəkildə satır

“Telegram” sosial şəbəkəsində ABŞ dövlət qurumlarının məxfi sənədlərinin alqı-satqısının aparıldığı “rus hakerləri” ilə əlaqəli kanallar var.
Bu barədə “Financial Times” qəzetinin araşdırmasında deyilir.
Məlumata görə, bir haker qəzet nümayəndəsinə Federal Təhqiqatlar Bürosunun əməkdaşlarının adları olan məlumat bazasını, ABŞ döyüş təyyarələrinin idarə edilməsinə dair məxfi sənədləri, habelə ABŞ-nin bütün ştatlarının polis idarələrindən sənədləri almağı təklif edib.
Bu “Telegram” kanallarında ABŞ Hərbi Hava Qüvvələrinin əsgəri Cek Teyşeyra tərəfindən sızdırılmış gizli Pentaqon sənədlərini, habelə hüquq-mühafizə orqanları ilə İT nəhəngləri arasında şəxsi yazışmaları tapmaq mümkün olub.
ABŞ diplomatlarından biri bu kanalları “aysberqin görünən hissəsi” kimi təsvir edib. Onun sözlərinə görə, hətta köhnəlmiş məxfi sənədlər də böyük dəyərə malikdir, çünki onlar "ölkə öz problemlərini necə həll edir, təhdidlərə necə yanaşır, insanları necə öyrədir" haqqında təsəvvür yaradır.

Oxşar xəbərlər