Ukrayna paytaxtı səhəri partlayışlarla açdı
9-05-2023, 11:28
2 028

Ukrayna paytaxtı səhəri partlayışlarla açdı

Səhər tezdən Ukrayna paytaxtında güclü partlayışlar eşidilib.
Bu barədə hadisə şahidləri məlumat veriblər.
“Obolonski və Qoloseyevski rayonlarında güclü partlayışlar eşidilib, mərkəzə yaxın ərazilərdən tüstü sütunları ucalıb”, - sakinlərdən biri deyib.
“Hava hücumundan müdafiə sistemi səhər saat 5 radələrində işləyirdi. Güclü gurultu gəlirdi, pəncərələr titrəyirdi”, - deyə digər kiyevli bildirib.
Qeyd edək ki, ötən gecə bütün Ukraynada hava xəbərdarlığı elan edilib. Kiyevdə isə iki saat xəbərdarlıq siqnalları səslənib. Bu müddət ərzində şəhərdə ən azı üç silsilə partlayış baş verib. Səlahiyyətlilər hava hücumundan müdafiə sisteminin işləməsi barədə məlumat veriblər. Həmçinin Ukrayna mətbuatı və paytaxt sakinləri yerli vaxtla saat 05:22-də (Bakı vaxtı ilə 06:22 - red.) baş verən ikinci partlayışın çox güclü olduğunu vurğulayıblar.
Sosial şəbəkələrdə Kiyev sakinlərinin metro stansiyalarına sığınmaları və partlayışların nəticələri barədə görüntülər yayılıb.
Mənbə: TASS







Oxşar xəbərlər