Avropa Komissiyasının rəhbəri Kiyevdədir
9-05-2023, 11:39
2 111

Avropa Komissiyasının rəhbəri Kiyevdədir

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Ukrayna paytaxtına səfər edib.
Bu barədə o, özünün “Twitter” hesabında yazıb.
“Çox qiymətləndirdiyimiz dəyərlərin hər gün qorunduğu Kiyevə qayıtdığım üçün şadam”, - deyə AK rəhbəri bildirib.
Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenskinin 9 Mayı Avropa Günü kimi qeyd etmək qərarını alqışladığını da vurğulayıb.
“Bura Avropa Gününü qeyd etmək üçün çox münasib yerdir”, - deyə o əlavə edib.


 

Oxşar xəbərlər