Çavuşoğlu Rusiyaya getdi
9-05-2023, 18:04
6 205

Çavuşoğlu Rusiyaya getdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya, İran və Suriya xarici işlər nazirlərinin iştirakı ilə mayın 10-da Moskvada keçiriləcək dördtərəfli görüşdə iştirak etmək üçün Rusiyaya səfər edib.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Səfər çərçivəsində Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına dair fikir mübadiləsinin aparılması, humanitar məsələlər, terrorla mübarizə kimi məsələlərin müzakirə edilməsi gözlənilir.

Oxşar xəbərlər