İlon Mask “Twitter”ə daha bir yenilik gətirdi – Video və audio zənglər
10-05-2023, 12:21
850

İlon Mask “Twitter”ə daha bir yenilik gətirdi – Video və audio zənglər

İlon Mask “Twitter”ə yeni funksiyalar əlavə edəcəyini açıqlayıb. 
Mask tətbiqə video, audio zənglər və şəxsi mesajların şifrələnməsini əlavə edəcək
Bu barədə İlon Mask şəxsi hesabında məlumat verib. 
Maskın sözlərinə görə, platformada qeydiyyatdan keçən hər kəs səsli və görüntülü söhbətlər edə biləcək. 
"Siz dünyanın istənilən yerində insanlarla telefon nömrənizi vermədən ünsiyyət qura bilərsiniz" , - milyarder bildirib. 
O, şəxsi mesajların şifrələməsi funksiyasının da çərşənbə günü aktiv olacağını deyib. Şifrələnmiş mesajların “Direct Message V1.0” buraxılışı mayın 10-da baş tutmalıdır.

Oxşar xəbərlər