Dünya
10-05-2023, 13:22
844
Tom Kruz və Şakira arasında nə baş verir?
Son günlər Hollivud ulduzu Tom Kruz və dünya şöhrətli kolumbiyalı müğənni Şakiranın adı birlikdə hallanmağa başlayıb.
Aktyor Şakiraya olan marağını gizlətməyib və aralarında “xüsusi kimya” olduğunu bildirib.
Mayamidə “Formula-1” yarışlarına qatılan məşhurlar birlikdə xoş həftəsonu keçiriblər. Hətta, Tom Kruz Şakiranın kampaniyasında olmağı III Çarlzın tacqoyma mərasimindən üstün tutub və Britaniyaya getməyib.
Hazırda ABŞ mətbuatında bu iki ulduzun adı tez-tez birlikdə çəkilməklə yanaşı, münasibətləri müzakirə olunur. “Tom simpatik və istedadlı oğlandır. Şakiraya onun çiyni kimi etibarlı bir çiyin lazımdır”, - qəzetlər yazırlar.
Cütlük hələlik münasibətləri barədə açıqlama vermir.