Ayın içərisində nə var? - Dəqiq cavab
10-05-2023, 14:39
871

Ayın içərisində nə var? - Dəqiq cavab

Ay planetimizin yeganə peykidir və o, Yerə yaxınlığı, kəşfiyyat üçün əlçatanlığı, Günəş sisteminin tarixini və formalaşmasını öyrənmək potensialına görə həmişə alimlərin diqqətini cəlb edib. 
Xarici KİV xəbər verir ki, bu yaxınlarda bir qrup mütəxəssis yeni bir araşdırma zamanı Ayın içərisində nə olduğunu öyrənib.
Seysmik dalğalardan istifadə edən elm adamları peykimizin nüvəsinin xaric tərəfinin maye formalı ərimiş qabığa malik olduğunu göstərən məlumatlar əldə ediblər. Ancaq uzun müddət onun içində nə olduğu sirr olaraq qalıb. 
Müxtəlif kosmik gəmilərin onilliklər ərzində topladığı müxtəlif məlumatları yenidən təhlil edilib. Bundan sonra onlar Ayı müxtəlif növ nüvələrlə modelləşdiriblər və onun Yerimizin nüvəsinə çox bənzədiyi qənaətinə gəliblər. 
Belə nəticəyə gəlinib ki, peykin içində təxminən diametri 516 kilometr olan möhkəm daxili nüvə var. O möhkəm bir topdur. Demək olar ki, dəmirlə eyni sıxlığa malikdir.
Belə kəşflər həm də bu göy cisminin təkamülünü daha yaxşı başa düşmək üçün vacibdir.

Oxşar xəbərlər