Kral ailəsinin balaca üzvlərinin fotosessiyaları barədə MARAQLI FAKTLAR
10-05-2023, 14:45
835

Kral ailəsinin balaca üzvlərinin fotosessiyaları barədə MARAQLI FAKTLAR

Fotoqraf  Hüqo Bernan kral ailəsinin portretlərini çəkmək üçün order almış yeganə fotoqrafdır.
Xarici KİV məlumatına görə, Hüqo Bernan artıq 20 ildir kral ailəsinin üzvlərinin şəkillərini çəkir. Fotoqraf  balaca monarxlarla işləməyin ona xüsusi zövq verdiyini, eyni zamanda spesifik çətinlikləri olduğunu deyib.
O, kral ailəsinin ən balaca üzvlərinin sakit dayanıb, kameraya poz vermələri üçün tez-tez onlara marmelad və meyvə qurusu verməsindən danışıb.
2004-cü ildə fotoqraf  öz uşaqları ilə birlikdə Cənubi Amerikaya səyahət etmək üçün kral ailəsindən 6 aylıq icazə alıb.
Bu səfər zamanı Hüqo qarət edilib və fotoaparatları oğurlanıb. Fotoqraf kral ailəsi ilə əlaqə saxladıqdan sonra problemlər həllini tapıb.

 

Oxşar xəbərlər