ABŞ-da bu il 14 min insan atışmanın qurbanı olub
10-05-2023, 16:02
749

ABŞ-da bu il 14 min insan atışmanın qurbanı olub

İlin əvvəlindən ABŞ-da 200-dən çox kütləvi atışma olub. 
Xarici media məlumatına görə, Ağ evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, eyni müddət ərzində ümumilikdə 14 mindən çox insan odlu silahla insidentlərin qurbanı olub.
Onun sözlərinə görə, ölkədə gündə bir dəfədən çox "odlu silahdan istifadə ilə zorakılıq aktları" baş verir. Karin Jan-Pyer Konqresi ABŞ-da odlu silahların dövriyyəsini sərtləşdirməyə çağırıb.
Mayın 6-da Texas ştatının Allen şəhərindəki ticarət mərkəzində kütləvi atışma baş verib. Atışma nəticəsində üçü uşaq olmaqla 8 nəfər həlak olub, daha 7 nəfər yaralanıb.

Oxşar xəbərlər