Gecələr "Whatsapp" bizi dinləyir? - İstifadəçilər şikayətlənir
10-05-2023, 16:37
6 660

Gecələr "Whatsapp" bizi dinləyir? - İstifadəçilər şikayətlənir

Son vaxtlar dünyanın hər yerində insanlar “WhatsApp” messencerindən şikayətlənirlər. 
İstifadəçilər yatarkən tətbiq tərəfindən izləndiklərini iddia edirlər. 
Bəs, bu nə dərəcə də doğrudur? Həqiqətən gecə saatlarında smartfonlar dinlənilir? 
İstifadəçilərdən biri bildirib ki, yatılı olarkən “WhatsApp” messenceri istifadə edilmədiyi halda smartfonun mikrofonu işə salınıb. O, bu vəziyyəti belə şərh edir:
“Mən yatarkən və səhər 6-da oyanana qədər “Whatsapp” fonda mikrofondan istifadə edirdi”. 
Yayımlanan skrinşotdan görünür ki, "WhatsApp" tətbiqi faktiki olaraq mikrofonu demək olar ki, hər 2-10 dəqiqədən bir aktivləşdirir və bu, bütün gecə davam edib.

Xarici istifadəçilərin sözlərinə görə, problem yalnız Android smartfonlarına aiddir. 
“WhatsApp”ın texniki dəstəyindən bildirilib ki, messencer müştərilərə nəzarət etmir və mikrofonun təsadüfən aktivləşməsi “Google”un günahıdır. İddialara görə, bu, Androidlə bağlı bir səhvdir.
Hətta İlon Mask da problemə münasibət bildirib. Belə ki, milyarder “WhatsApp”a etibar edilməməsi barədə tvit yazıb. 

Bəziləri bunun “Meta” nəzarəti olduğunu, bəziləri bunun “Google” səhvi olduğunu deyir.
Bəs, “WhatsApp”ın sizi izlədiyini necə yoxlamaq olar?
Bu məsləhət yalnız Android smartfonlarının istifadəçiləri üçün uyğun olacaq (iPhone istifadəçilərindən heç bir şikayət daxil olmayıb).
"Parametrlər" a daxil olun;
"Proqramlar" bölməsini tapın;
Siyahıda "WhatsApp" və ya digər maraqlı proqramı tapın;
"İcazələr" bölməsinə keçin. 
Görünən menyuda proqramın mikrofondan və digər smartfon parametrlərindən istifadə edib-etmədiyini görəcəksiniz. Eyni məlumatlara həmçinin "Məxfilik" bölməsində baxmaq olar. 

Oxşar xəbərlər