Polşada tapılan raketin qalıqları Rusiyaya məxsus imiş
10-05-2023, 16:51
6 597

Polşada tapılan raketin qalıqları Rusiyaya məxsus imiş

Polşa Hərbi Hava Qüvvələrinin Texniki İnstitutu apreldə Polşanın Bıdqoş şəhəri yaxınlığında düşən raketin fraqmentlərinin Ukraynanın S-300-ə yox, Rusiyanın X-55-ə aid olduğunu bildirib.
Bu barədə Polşa KİV-ləri məlumat verib.
Bildirilir ki, raket  Belarus tərəfdən gəlib. 
"NATO hava məkanı yaxınlığında Su-34 çoxməqsədli taktiki bombardmançı təyyarənin peyda olması səbəbindən NATO-nun döyüş təyyarələri havaya qaldırılıb. Belarusdan Polşaya uçan obyekt xidmətlərimizin radarına düşüb. Polşa xidmətləri obyekti izləyib, lakin Bıqdoş yaxınlığında onu gözdən itirib. Bu, aprelin sonunda raket qalıqlarının təsadüfən aşkar edildiyi yerdən təxminən iki kilometr aralıda baş verib”, - KİV yazıb.  

Oxşar xəbərlər