Əklil qoyma mərasimində fişəng partladı
10-05-2023, 16:58
6 589

Əklil qoyma mərasimində fişəng partladı

Buryatiyada əklil qoyma mərasimi zamanı fişəng partlayıb. 
Rusiya mətbuatı xəbər verir ki, Buryatiyanın Kabanski rayonunun Selenginsk kəndində 9 May Qələbə günü münasibətilə əklil qoyulması zamanı fişəng partlayaraq insanlar arasında izdiham yaradıb.  
Məlumata görə, administrasiya tərəfindən atılan fişənglərdən biri düzgün trayektoriyada uçmayıb və insanların içinə düşüb.
Hadisə zamanı bir qadın və bir neçə uşaq yaralanıb.
Selenginsk vilayətinin rəhbəri Vladimir Buryan “Novaya Buryatiya” nəşrinə bildirib ki, yaylım atəşi açan kəndin sakinləri təcili yardım briqadası tərəfindən müayinə olunduqdan sonra evə buraxılıblar.

Oxşar xəbərlər