Məlum olmayan minlərlə virus aşkar edildi
10-05-2023, 18:02
6 430

Məlum olmayan minlərlə virus aşkar edildi

Alimlər elmə məlum olmayan minlərlə virus aşkar ediblər.
Xarici mətbuat xəbər verir ki, onlar minlərlə yeni virusu mikrobların DNT-sində tapıblar.
Tədqiqatçılar müxtəlif təkhüceyrəli mikrobların genomlarına yerləşdirilmiş 30 mindən çox virusdan DNT tapıblar.
Tədqiqatın aparıcı müəllifi, Avstriyanın İnsbruk Universitetinin virusları araşdıran ekoloqu Kristofer Bellas bildirib ki, bəzi hallarda mikrobun DNT-sinin 10 faizə qədərinin gizli viruslardan ibarət olduğu ortaya çıxır. 

Oxşar xəbərlər