Tacikistanda Heydər Əliyevin büstünün açılışı OLUB
10-05-2023, 18:33
6 387

Tacikistanda Heydər Əliyevin büstünün açılışı OLUB

Azərbaycanın Tacikistandakı Səfirliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü silsilə tədbirlərlə qeyd edir.
Səfirlikdən verilən xəbərə görə, bu əlamətdar günə müxtəlif mədəni tədbirlər, o cümlədən, konsertlər, sərgilər həsr olunur.
Cari ilin 10 may tarixində, Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyində Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevin Bakı şəhəri İcra Hakimiyyətinin dəstəyi ilə hazırlanmış büstünün təntənəli açılış mərasimi baş tutub.
Tədbirdə Tacikistan Respublikasının dövlət və ictimaiyyət nümayəndələri, Xarici İşlər Nazirliyinin əməkdaşları, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları və üzvləri, aparıcı media qurumlarının əməkdaşları və Tacikistanda yaşayan soydaşlarımız iştirak ediblər.
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov açılış nitqində tədbir iştirakçılarına ulu öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat vermiş, ümummilli liderin müstəqil Azərbaycanın yenidən qurulmasındakı rolundan söhbət açıb. Səfir, ölkəmizin müstəqillik əldə etdikdən sonra Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, enerji strategiyasının əsasının qoyulduğunu və ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndiyini vurğulamışdır. Ə.Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizin davamlı inkişafı naminə əsasını qoyduğu bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən Tacikistan Respublikasının Xarici İşlər Nazirliyinin MDB ölkələri İdarəsinin rəisinin müavini Xurşed Səfərov Heydər Əliyevin Sovet İttifaqı dövründə, həmçinin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətinin örnək olduğunu vurğulayıb və onun Tacikistanda da çox sevildiyini söyləyib. Tədbir zamanı həmçinin, Türkiyə, Qazaxstan və Belarus səfirləri nitq ilə çıxış ediblər.

Oxşar xəbərlər