Polşanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı
11-05-2023, 22:29
9 523

Polşanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

Mayın 9-da Varşavada sovet əsgərlərinin məqbərəsində təşkil edilmiş təxribatla bağlı Yaçek Şçlyadovskiyə etiraz notası təqdim edilib.
Mayın 9-da Rusiya səfirinin Varşavadakı xatirə qəbiristanlığına gül qoymasına icazə verilməyib.
"Rusiya Federasiyasının və SSRİ-nin tərkibində olan digər ölkələrin milyonlarla vətəndaşı üçün müqəddəs sayılan Qələbə Günündə Polşa hakimiyyətinin qəsdən hərəkətsizliyi ilə ənənəvi əklil qoyma mərasimi pozuldu", - Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.
Mayın 9-da Rusiya səfirinin Varşavadakı xatirə qəbiristanlığına gül qoymasına icazə verilməyib. Toplaşanlar Sergey Andreyevin yolunu kəsərək diplomatdan Georgi lentini çıxarmağı tələb ediblər. Rusiyanın Polşadakı səfiri hadisə zamanı xəsarət almadığını qeyd edib. O, insidenti “qəzəb və ictimai asayişin pozulması” kimi qiymətləndirib. 

Oxşar xəbərlər