Şagird məktəbdə tənəffüs zamanı öldü
11-05-2023, 11:47
941

Şagird məktəbdə tənəffüs zamanı öldü

Moskvada məktəbdə ölüm hadisəsi baş verib.
Rusiya mediası bildirir ki, hadisə səhər saatlarında Perovskaya küçəsində yerləşən ümumi təhsil müəssisəsində baş verib.
Bədən tərbiyəsi dərsindən sonra tənəffüs zamanı 15 yaşlı yeniyetmədə qıcolma yaranıb.
Hadisə yerinə gələn həkimlər onu xilas edə bilməyiblər. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər