Beyons dünya turnesinə çıxdı
11-05-2023, 18:54
8 804

Beyons dünya turnesinə çıxdı

Beyons ötən gün “2023 Renaissance World Tour”a başlayıb.
41 yaşlı super ulduz İsveçin Stokholm şəhərindəki “Friends Arena”da çıxış edib.
Açılış gecəsindən sonra Beyons İspaniya, Almaniya, Hollandiya, Fransa, Polşa və Böyük Britaniyaya səfər edəcək.
Turun Şimali Amerika mərhələsi iyulun 8-də Kanadanın Toronto şəhərində başlayır və sentyabrın 27-də Luiziana ştatının Yeni Orlean şəhərində başa çatacaq.

Oxşar xəbərlər