Bir il sonra Rihannanın oğlunun adı açıqlandı
11-05-2023, 18:42
8 726

Bir il sonra Rihannanın oğlunun adı açıqlandı

Rihanna və Eysəp Rakinin oğlunun adı açıqlanıb.
Təxminən bir il öncə dünyaya gələn uşağın doğum şəhadətnaməsi yayılıb. The Daily Mail-in əldə etdiyi doğum şəhadətnaməsinə görə Rihanna və Raki oğullarına RZA Atelston Mayers adını veriblər.
Görünür, cütlük oğullarına Vu-Tang Klanının lideri olan prodüser və reper RZA-nın şərəfinə ad qoyublar. Oğluna Atelston adını Rakiyə görə veriblər. Çünki reperin qanuni adı Rakim Atelston Mayersdir.
Doğum haqqında şəhadətnamədə RZA-nln 2022-ci il mayın 13-də Los-Ancelesdəki Cedars-Sinai Tibb Mərkəzində doğulduğu da göstərilir.

Oxşar xəbərlər