"Mercedes-Benz" zavodunda silahlı insident - Ölən və yaralanan var
11-05-2023, 12:37
1 038

"Mercedes-Benz" zavodunda silahlı insident - Ölən və yaralanan var

Almaniyanın Sindelfingen (Baden-Vürtemberq) şəhərində "Mercedes-Benz" avtomobil istehsalçısının zavodunda atəş açılıb.
"Bild" qəzeti xəbər verir ki, silahlı insident nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
"Məqsəd məlum deyil, atəş açan şəxs nəzarətə götürülüb", - deyə hüquq-mühafizə orqanlarından bildirilib.
Hadisə ilə bağlı digər təfərrüatlar barədə məlumat verilmir.

Oxşar xəbərlər