Çavuşoğlu Lavrovla Ermənistan-Azərbaycan məsələlərini müzakirə edib
11-05-2023, 12:39
1 041

Çavuşoğlu Lavrovla Ermənistan-Azərbaycan məsələlərini müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada 4 ölkənin xarici işlər nazirləri ilə regional məsələləri müzakirə etdiklərini bildirib.
Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb. 
Bildirilir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycandakı son hadisələri müzakirə edib. 
Çavuşoğlu görüşün müsbət keçdiyini vurğulayıb.

Oxşar xəbərlər