Bu qidalar ömrü uzadır
11-05-2023, 13:43
1 017

Bu qidalar ömrü uzadır

Mütəxəssislər uzunömürlülük və xəstəliklərin qarşısının alınması üçün gündə nə qədər tərəvəz və meyvə yemək lazım olduğunu açıqlayıblar.
Xarici mətbuatın verdiyi məlumata görə, mütəxəssislər bildirirlər ki, meyvə, tərəvəz və giləmeyvələrin gündəlik rasionda olması vacibdir.
Tədqiqatçılar 29 ölkədə meyvə və tərəvəz istehlakı və ölüm nisbətləri ilə bağlı araşdırma da aparıblar. 
Əldə olunan bütün məlumatları təhlil edən mütəxəssislər belə qənaətə gəliblər ki, meyvə və tərəvəzlərin müntəzəm istehlakı vaxtından əvvəl ölümün əsas səbəbi olan ürək-damar xəstəliklərinin və xərçəngin inkişaf riskini azalda bilər. Eyni zamanda hesablamalara görə, bir adam gündə beş porsiya meyvə və tərəvəz yeyə bilər. Üç porsiya tərəvəz və iki porsiya meyvə yemək məsləhətlidir. 
Alimlərin fikrincə, tərəvəz və meyvələrin bu qədər istehlak edilməsi xərçəngə tutulma riskini 10, ürək və damar xəstəliklərini 12, tənəffüs orqanları xəstəliklərini 35, ölümü isə 13 faiz azaldır.

Oxşar xəbərlər