Polisdən qorxan işçi özünü binadan atdı
11-05-2023, 14:05
1 224

Polisdən qorxan işçi özünü binadan atdı

Moskva vilayətində otelin işçisi binadan yıxılıb.
Rusiya KİV bildirir ki, hadisə gecə saatlarında baş verib. Lyubertsı şəhərində daimi yaşayan Tacikistandan olan 21 yaşlı miqrant işçi hüquq-mühafizə orqanlarının əməkdaşlarının gecə səfərinə qeyri-adekvat reaksiya verib. 
Qapının deşiyindən polisin onun yanına gəldiyini görən kişi pəncərədən çıxaraq, mənzildən qaçmağa çalışıb.
Lakin müqavimət göstərə bilmədiyi üçün 4-cü mərtəbədən yıxılıb və xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər