“Netflix”də Şvarzeneggerin həyatından bəhs edən serial
11-05-2023, 15:02
1 006

“Netflix”də Şvarzeneggerin həyatından bəhs edən serial

“Netflix” “Arnold” sənədli serialının ilk rəsmi treylerini yayımlayıb.
Layihə aktyor və bodibilder Arnold Şvarzenegger həyatından bəhs edəcək.
Şvarzeneggerin aktyorluq karyerası, idmana olan həvəsi, eləcə də ABŞ-ın Kaliforniya ştatının qubernatorluğu vəzifəsindən danışacağıq.
Serialda sənətçinin çətin uşaqlıq dövründən və valideynlərlə münasibətlərdən danışılacaq. Layihədə aktyorun 1968-ci ildə ABŞ-a köçməsinə toxunulacaq. O, viza şərtlərini pozaraq bir neçə il ölkədə qeyri-qanuni yaşayıb.
“Arnold” premyerası iyunun 7-də olacaq.

Oxşar xəbərlər