Qadını yandırıb, şəklini çəkdilər
11-05-2023, 15:07
1 005

Qadını yandırıb, şəklini çəkdilər

Türkiyədə qadını yandırıblar.
Xarici mətbuat xəbər verir ki, hadisə Türkiyənin Muğla şəhərində baş verib.
Benzin tökərək özünü yandırdığı iddia edilən Figen Çobanı əri, qaynı və qayınanasının yandırdığı məlum olub. Qadının 6 yaşlı oğlu izahatında atasının anasını yandırdığını bildirib. 
Qadının həyat yoldaşı Mehmet Emin Ata Çoban, qaynı Süleyman Çoban və qayınanası Hatice Çobanı saxlanılıb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Aparılan araşdırma zamanı məlum olub ki, Mehmet Emin Ata Çoban və qardaşı Süleyman Çobanın 112 Təcili Zəng Mərkəzinə zəng etməzdən əvvəl yanan cəsədin fotosunu çəkiblər. 

Oxşar xəbərlər