“Çox ağladım, psixoloji müalicə aldım” - Gülben Ergen
11-05-2023, 15:09
998

“Çox ağladım, psixoloji müalicə aldım” - Gülben Ergen

Populyar müğənni və aparıcı Gülben Ergen genclik illəri ilə bağlı maraqlı açıqlama verib.
O, qatıldığı televiziya proqramlarından birində uşaqlıq illəri ilə bağlı kədərli xatirələrini bölüşərək, güclü qadın olmasını yaşadığı çətinliklərə borclu olduğunu deyib.
90-cı illərdə musiqiçi karyerasına başlayan Gülben Ergen deyib: “20 il uğursuz, dəhşətli bir ailə həyatı sürmüş qadının qızıydım. O maddi imkanları olmadığına görə atamdan boşana bilmirdi. Mənim bütün uşaqlıq illərim bunu düşünərək keçdi və mən güclü qadın olacağıma söz verdim”.
Atlas, Güney və Ares adlı 3 oğul anası olan 50 yaşlı müğənni bildirib ki, günlərin birində atası başqa qadına aşiq olanda, boşanma qərarı alıb və ailə parçalanıb. O anası ilə, qardaşı atası ilə qalmalı olub. Atası yenidən evlənib.
“Bu müddətdə çox ağladım, hətta psixoloji müalicə də aldım. Mənim üçün çox ağır günlər oldu”, - müğənni bildirib.


Oxşar xəbərlər