Məhərrəm İncə prezidentliyə namizədliyini GERİ GÖTÜRDÜ - YENİLƏNİB
11-05-2023, 15:19
964

Məhərrəm İncə prezidentliyə namizədliyini GERİ GÖTÜRDÜ - YENİLƏNİB

Türkiyədə Prezidentliyə namizəd müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə prezident seçkilərində iştirakdan imtina edib. 
O, bu  barədə jurnalistlərə  açıqlamasında deyib.
İnce, "Namizədliyimdən geri çəkilirəm. Bunu millətim üçün edirəm. Yoxsa seçkini uduzanda məni günahlandıracaqlar", - deyə qeyd edib. 
**13:43
Türkiyədə Prezidentliyə namizəd müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncənin namizədliyini geri götürmək qərarına gəldiyi iddia edilir.
Bu barədə Türkiyənin “Sözcü” nəşri yazıb. 
Bildirilir ki, bu gün səhər saatlarında Məhərrəm İncə Ankarada hotellərindən birində Partiya Şurasının iclasını keçirib. Məlumata görə, iclasın 11 iştirakçısından 8-i İncənin namizədliyinin geri götürülməsini dəstəkləyib, lakin İncə hələlik yekun qərar verməyib. 
Məhərrəm İncə partiya ofisinə gedib və mətbuat konfransında rəsmi açıqlama verəcək.  

Oxşar xəbərlər