“Oskar” alan Hollivud ulduzu saxlanıldı
11-05-2023, 16:07
6 855

“Oskar” alan Hollivud ulduzu saxlanıldı

“Oskar” mükafatlı aktrisa, 76 yaşlı Syuzan Sarandon Nyu-Yorkda keçirilən etiraz aksiyasında saxlanılıb.
Xarici KİV xəbər verir ki, Sarandon restoran işçilərinin minimum əmək haqqının artırılması üçün Kapitoliyada keçirilən etiraz aksiyasında iştirak edib. Onlar minimum əmək haqqının saatda 17 dollara qədər artırılmasının yeni ştat qanunvericiliyinə daxil edilməməsinə etiraz ediblər.
Aktrisa “Vahid Ədalətli Maaşlar” təşkilatının saxlanılan səkkiz fəalı arasında olub. O və tərəfdaşları cərimələndikdən sonra sərbəst buraxılıblar.
Sarandon “Ölü Adam Gəzintisi” (Ən Yaxşı Aktrisa Oskarı), “Ögey Ana”, “Lorenzo Yağı” və bir çox başqa filmlərdəki rolları ilə tanınır.


Oxşar xəbərlər