Məşhur bloger intihar etdi
11-05-2023, 16:20
6 813

Məşhur bloger intihar etdi

“Dooce.com”un yazarı bloger Hizer Armstronq 47 yaşında ölü tapılıb.
Onun intihar etdiyi bildirilib. Ulduzun sevgilisi Pit Eşdaun onun cəsədini Solt Leyk Sitidəki evində tapdığını bildirib.
Keçmiş əri və iş ortağı Con Armstronqdan iki övladı olan Armstronq 2001-ci ildə “Dooce” şirkətini təsis edib.
Armstronq abunəçilərə analıq haqqında danışan ilk blogerlərdən biri hesab olunur. Onun bir neçə kitabı da nəşr olunub. Ulduz tez-tez istifadəçilərin tənqid obyektinə çevrilirdi, çünki bloqunda ailə həyatı və analıq haqqında açıq danışırdı.
Bloger həmçinin bildirib ki, o, alkoqolizmlə mübarizə aparıb və ölənə qədər bir il yarım ayıq olub. Armstronq sosial şəbəkələrdə depressiyadan əziyyət çəkdiyini də yazıb. Depressiya pisləşdikcə, Armstronq Yuta Universitetinin Psixonevroloji İnstitutunda klinik sınaqlarda iştirak edib.

Oxşar xəbərlər