"Rusiyada qismən səfərbərliyin ikinci dalğası lazımdır" - Roqozin
11-05-2023, 17:14
6 487

"Rusiyada qismən səfərbərliyin ikinci dalğası lazımdır" - Roqozin

"Ukraynada xüsusi əməliyyat zonasında Rusiya ordusunun kadr çatışmazlığı var".
Bunu "Roskosmos"un keçmiş rəhbəri Dmitri Roqozin deyib. O, vurğulayıb ki, düşmən çox güclüdür, ona görə də hər kəs özü üçün prinsipinə əməl etmək olmaz. 
Roqozin hesab edir ki, bu fonda Rusiyada qismən səfərbərliyin ikinci dalğası lazımdır: "Lazımi sayda könüllü işə götürülərsə, səfərbərlik prosesinə ehtiyac olmayacaq. Rusiyada könüllü olaraq cəbhəyə getməyə hazır olan böyük hərbçi ehtiyatı var".

Oxşar xəbərlər