ABŞ-da azərbaycanlılara hücum edən erməniyə hökm oxundu
11-05-2023, 17:20
6 465

ABŞ-da azərbaycanlılara hücum edən erməniyə hökm oxundu

“2021-ci ilin iyununda Erik Akopyana hökm oxunduqdan sonra Kaliforniya Ali Məhkəməsinin 2020-ci ilin iyulunda Azərbaycan Baş Konsulluğunun qarşısında dinc etiraz aksiyası keçirən azərbaycanlılara nifrət zəminində hücum edən Hovhannes Sukiasyana da hökm çıxarılmasını alqışlayırıq”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviterdə məlumat paylaşıb.
“Sukiasyan cinayət məsuliyyətinə cəlb edilib və ona hücumunun qurbanının bütün xərclərini ödəmək tapşırılıb. Ümid edirik ki, dərs çıxarılıb”, - A.Hacızadə bildirib.

Oxşar xəbərlər