Pakistanın Ali Məhkəməsi İmran Xanın həbsinin qanunsuz olduğunu açıqladı
11-05-2023, 17:25
6 470

Pakistanın Ali Məhkəməsi İmran Xanın həbsinin qanunsuz olduğunu açıqladı

Pakistanın Ali Məhkəməsi keçmiş Baş nazir İmran Xanın həbsinin qanunsuz olduğunu bildirib.
Xarici KİV xəbər verir ki, məhkəmənin rüşvətxorluqla mübarizə agentliyi onun dərhal azad edilməsi barədə göstəriş verib. 
"Baş verənlər İmran Xan üçün ədalətli deyildi", - deyə Pakistan Ali Məhkəməsi  açıqlayıb. 
Ali Məhkəmə daha sonra İmran Xanın 12 mayda İslamabad Ali Məhkəməsinə gətirilməsini əmr edib.
Qeyd edək ki, keçmiş Baş nazir mayın 9-da İslamabad Ali Məhkəməsinin qarşısında həbs edilib. Onun həbsindən sonra ölkədə kütləvi etirazlar başlayıb. 

Oxşar xəbərlər