Finlandiyada üzərində 46 uşaq olan yerüstü keçid uçdu
11-05-2023, 18:45
6 212

Finlandiyada üzərində 46 uşaq olan yerüstü keçid uçdu

Finlandiyanın Espoo şəhərində, ölkənin paytaxtı Helsinkinin yaxınlığında yerüstü keçidin uçması nəticəsində əksəriyyəti uşaq olmaqla 27 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə səhər saatlarında magistralın üstündəki müvəqqəti yerüstü keçidin uçması nəticəsində baş verib.
Yaralıların əksəriyyəti Kalasataman orta məktəbinin şagirdləri, muzeyə ekskursiyaya gedən məktəblilərdir. Hadisə zamanı keçiddə 46 uşaq olub.
Faktla bağlı araşdırma başlayıb. Keçidin uçmasına nəyin səbəb olduğu hələlik məlum deyil.


Mənbə: Nordic News

Oxşar xəbərlər