Çinin xüsusi nümayəndəsi Rusiya və Ukraynaya gedəcək
12-05-2023, 12:33
968

Çinin xüsusi nümayəndəsi Rusiya və Ukraynaya gedəcək

Çin Xalq Respublikasının Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün mayın 15-dən etibarən Ukrayna, Polşa, Fransa, Almaniya və Rusiyaya səfər edəcək. 
Bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.
"Li Huinin bu ölkələrə səfəri bir daha Çinin sülhün və münaqişənin həlli üçün danışıqların təşviqinə sadiqliyini nümayiş etdirir", - Vanq deyib.
Çin XİN-in nümayəndəsi əlavə edib ki, Ukraynada uzanan və gərginləşən silahlı münaqişə fonunda Pekin atəşkəslə bağlı beynəlxalq konsensusun əldə edilməsi, sülh danışıqlarının başlanması və daha da gərginliyin qarşısının alınmasında konstruktiv rol oynamağa davam etməyə hazırdır.

Oxşar xəbərlər