"Xüsusi əməliyyat BMT Nizamnaməsinin maddəsinə uyğun olaraq həyata keçirilir" - Lavrov
12-05-2023, 13:01
922

"Xüsusi əməliyyat BMT Nizamnaməsinin maddəsinə uyğun olaraq həyata keçirilir" - Lavrov

Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı BMT Nizamnaməsinin maddəsinə uyğun olaraq həyata keçirilir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sankt-Peterburqda Beynəlxalq Hüquq Forumunda deyib.  
"Xüsusi hərbi əməliyyat BMT Nizamnaməsinin fərdi və kollektiv özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəsi əsasında həyata keçirilir" - o qeyd edib.  
Lavrov vurğulayıb ki, Qərb dövlətləri Rusiyanı beynəlxalq hüququ pozmaqda ittiham etməyə çalışırlar, halbuki onlar özləri Yuqoslaviya, İraq və Liviyada müharibələr açmaqla bu haqqı tapdalayırlar.

Oxşar xəbərlər